Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu yenidən qurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Bildirib ki, Vənənd kəndində kompleks tikinti işləri aparılarkən 10,7 kilometrlik yol da yenidən qurulub. Tikinti işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirilərək asfalt örtük salınıb, 186 su keçidi qoyulub, 2800 metrlik beton kanal çəkilib. Həmçinin 900 metr uzunluğundakı kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: