Prezident İlham Əliyev yanvarın 17-də Cənnət Səlimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova “Şərəf” ordeni ilə təltif edilsin".