Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 28-də Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"2020-ci il aprelin 28-də bəstəkar Məmməd Qəzənfər oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.

Məmməd Məmmədov Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin  yaradılmasının təşəbbüskarı olmuşdur. Onun 1956-cı ildə yaratdığı “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir.

Bəstəkar kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazmış, xalq mahnı və rəqslərini toplayaraq nota köçürmüş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan 30-dan artıq tamaşaya musiqi bəstələmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin       II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, musiqi sənətinin inkişafında xidmətləri olmuş bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında keçirilsin.

2. “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: