Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 1-də Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilsin.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. Publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".