Prezident İlham Əliyev fevralın 5-də Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilsin".