Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatı (beş min manat) verilsin".
Qeyd edək ki, Zahid Qənbərov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri və "Naxçıvan" Universitetinin müəllimidir.