Prezident İlham Əliyev fevralın 24-də İqor Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə İqor Anatolyeviç Ponomaryov “Şöhrət” ordeni ilə təltif edilsin".