NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə Qərarında deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Deputat Azər Yadulla oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini seçilsin".
Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təsdiq edib.
Qeyd edək ki, fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.