Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 6-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə:
Abbasova Zəriş Tofiq qızına
Hüseynova Məryəm Rzaqulu qızına – “Əməkdar müəllim” fəxri adı;
Hacıyeva Nəsibə Şəmil qızına – “Əməkdar tibb işçisi” fəxri adı;
Hüseynova Ruhiyyə Nəriman qızına – “Əməkdar artist” fəxri adı verilsin".