Prezident İlham Əliyev martın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Rəhimov Elxan Rafiq oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Vəliyev Yaşar Vəli oğlu
“Tərəqqi” medalı ilə
Axundov Nizami Ağaməmməd oğlu
Atakişiyeva Türkanə Ərşad qızı
Cəbrayılova Tamella Rza qızı
Cəfərov Fizuli İsaxan oğlu
Əyyamzadə Rauf Vilayət oğlu
Heydərov Etibar Əşrəf oğlu
Hüseynov Əli Kamal oğlu
İsmayılov Xanlar Xeyrulla oğlu
Mədətov Həsən Xandadaş oğlu
Məhbubi-İran Səbinə Maqsud qızı
Məmmədov Soltan Təbriz oğlu
Məmmədzadə Günel Adil qızı
Miriyev Zəfər Mircəfər oğlu
Mirzəyev Aslan İbrahim oğlu
Nağıyeva Ceyran Nəriman qızı
Soltanov Tofiq Mirzə oğlu
Vəliyev Bayram Vaqif oğlu
Yusifov Şahin Yusif oğlu".