Prezident İlham Əliyev martın 6-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri də var.
Prezidentin sərəncamı ilə Vəliyev Yaşar Vəli oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Yaşar Vəliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 100 illiyi münasibətilə və aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə təltif edilib.