Prezident İlham Əliyev martın 9-da Aqil Məmmədovun Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".