Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb

A- A A+

Prezident İlham Əliyev martın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: