Prezident Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının hərbi qulluqçularını təltif edib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev martın 11-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında xidmət edən hərbi qulluqçular da var.

Prezidentin sərəncamı ilə kapitan Quliyev Qəşəm Qalib oğlu və kapitan Yusifov Məmməd Ələkbər oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: