Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 21-də Asəf Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asəf Mehdi oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilsin”.