Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 9-da Ramil Nəbiyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə , Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramil Aslan oğlu Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilsin".
Qeyd edək ki, Ramil Nəbiyev bundan əvvəl həmin şöbədə şöbə müdirinin müavini vəzifəsində çalışıb.