Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 23-də Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur. Hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

Şəhər sakinlərinin və qonaqların muzeylə tanışlıqları üçün lazımi şərait yaradılıb.

Baxış zamanı qeyd olunub ki, ərazidə yeni istirahət parkı da salınıb. 5 min kvadratmetr sahəni əhatə edən parkda dekorativ ağaclar və gül kolları əkilib, şəlalə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda oturacaqlar və şahmat stolları qoyulub, sakinlərin mənalı istirahəti təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: