Prezident İlham Əliyev aprelin 15-də “Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının geoloji parkları haqqında ümumi Əsasnamə” təsdiq edilsin (əlavə olunur)".