Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır - FOTOLAR

Əlahiddə Ümumqoşun Orduya yeni təminat avtomobilləri təqdim edilib

A- A A+

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu  sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olub. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınan 10 "Qazel" markalı yük, eləcə də "Ford" və "Volkswagen" markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərə baxıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, yükgötürmə qabiliyyəti və manevr imkanları yüksək olan qənaətcil avtomobillərindən hərbi hissələrin təminatında istifadə olunacaqdır. Yeni avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən şəraitdə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avotomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ordumuzun qüdrətini daha da artırır. Ölkəmizdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət yetirilir, ordu, birləşmə və hissələrinin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır.

Ali Məclisin Sədri deyib: Döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnika və avtomobillərdən hərbi hissələrin gündəlik təminatında istifadə olunmamalıdır. Ona görə də muxtar respublikada hərbi hissələrin təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaət olunan hissəsindən alınan yeni avtomobillər də hərbi hissələrdəki döyüş resurslarının qorunmasına və gündəlik təminatın həyata keçirilməsinə imkan verəcəkdir.  

Ali Məclisin Sədri yeni avotomobillərdən təyinata uyğun istifadə olunması barədə tapşırıqlar verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: