İlham Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev aprelin 27-də İlham Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, İlham Quliyev 2005-ci ildən Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır. Bu gün onun 60 yaşı tamam olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: