Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Suliddin Əliyevin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Suliddin Abbas oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilsin".
Qeyd edək ki, Ali Məclis Sədrinin digər bir Fərmanı ilə Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilib.