Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev mayın 1-də Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilsin".

Dövlət başçısının digər Sərəncamı ilə Kamran Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: