İyunun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsmayıl Muxtar oğlu Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 12 fevral tarixli 86-II FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri seçilmiş İsmayıl Muxtar oğlu Hacıyev bu vəzifəyə təsdiq edilsin."