Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edildi - FƏRMAN
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 4-də Bəxtiyar Məmmədovun “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edilməsi haqqında Fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəxtiyar Məmmədbağır oğlu Məmmədov “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edilsin".