Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".