Prezident İlham Əliyev mayın 6-da Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:
Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri
Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".