Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev mayın 7-də "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də var. 

Prezidentin Sərəncamı ilə Abdullayev Sərxan Qəhrəman oğlu, Eyvazov Anar Əli oğlu, Əhmədov Əhməd Ural oğlu, Hacıyev Ümüd Səyyad oğlu, Qurbanov Cahangir Vahid oğlu, Nəbiyev İbad Fərrux oğlu, Rzayev Vüsal Elman oğlu, Süleymanlı Ceyhun Təvəkkül oğlu, Şeyxov Nizami Hüseyn oğlu və Şirəliyeva İlhamə Şərbətəli qızına Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: