Dövlət başçısı: "Ötən ay Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi"

446

"Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş  11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi".

NUHÇIXAN-ın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş komandan qeyd edib ki, Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq göstərib: "Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik.

2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: