Prezident İlham Əliyev mayın 14-də Tural Piriyevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
Tural Qüdrət oğlu Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin edilsin".