Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Anlaşma Memorandumu təsdiq edilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Anlaşma Memorandumu təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” 2019-cu il dekabrın 10-da Bakıda imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.