Prezident İlham Əliyev mayın 22-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Əliyev Əli Məmməd oğlu
İsmayılov Nazim Sultan oğlu".