Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də Elşad Əliyevin Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilsin”.
Qeyd edək ki, Elşad Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı.