Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də Elşad Əliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin digər fərmanı ilə Elşad Əliyev Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilib.