Prezident İlham Əliyev Şamaxıda Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub - YENİLƏNƏCƏK - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: