Prezident İlham Əliyev iyunun 2-də Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Səfərov Emin Nadir oğlu
“Əməkdar pilot”
Əliyev Hacıağa Muxtar oğlu
Əlizadə Sadıx Pərviz oğlu
Hidayətov Ramiz Rasim oğlu
Novruzov Əkbər Mühüddin oğlu
Sadıxov Vaqif Fazil oğlu
Truxanov Vasiliy Pavloviç".