Prezident İlham Əliyev iyunun 4-də Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi və təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev və Cəmiyyətin əməkdaşları da var.
Prezidentin Sərəncamı ilə Allahverdiyev Yəhya Salman oğlu “Əməkdar mühəndis” fəxri adı ilə, Əliyev Azad Bayraməli oğlu, Hacıyev Həsən Əlövsət oğlu, İsgəndərov Pərviz Ələkbər oğlu və Pircanov Mikayıl Abdulla oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətilərinə görə təltif ediliblər.