Prezident İlham Əliyev iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının səhiyyə işçiləri də var.
Prezidentin sərəncamı ilə Səfərov Ələddin İbrahim oğlu “Əməkdar həkim” fəxri adı ilə, Orucova Həvva Abbasqulu qızı “Əməkdar tibb işçisi” fəxri adı ilə, Həsənov Nəcəf İsa oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.