Prezidenti İlham Əliyev iyunun 29-da Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini Səbuhi Novruzov da var.
Prezidentin sərəncamı ilə polis general-mayoru Səbuhi Novruzov “Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd edək ki, polis general-mayoru Səbuhi Novruzov Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edilib.