Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 29-da Vəli Novruzovun Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vəli Zihralı oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin”.
Qeyd edək ki, Vəli Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində çalışıb.