Prezident İlham Əliyev iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının dövlət qulluqçuları da var.
Prezidentin Sərəncamı ilə Əliyev Mahir Nəcəf oğlu, Əsgərov Bəxtiyar Səyyad oğlu və Rəsulov Vaqif Nəcəfalı oğlu “Tərəqqi” medalı ilə, Abbasov Mahir Hüseyn oğlu, Abdinov Orxan Rza oğlu, Mahmudov Həsən Məmməd oğlu, Məmmədov Məhərrəm Məmməd oğlu, Nəbiyev Ramil Aslan oğlu, Nuriyev Vəli Talıb oğlu, Şərifov Əli Qara oğlu və Vəliyeva Vüsalə Səyyad qızı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.