Gəncə şəhərində MİDA tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanışlıq - YENİLƏNİB - FOTOLAR

A- A A+

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verilib.

Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 2020-ci ilin fevral ayında Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsində yaşayış kompleksinin tikintisinə başlanılıb. Kompleksə 18 çoxmənzilli bina və əsaslı təmirə ehtiyacı olan 28 və 46 nömrəli ümumtəhsil məktəbləri üçün bina, uşaq bağçası və digər xidmət obyektləri daxildir. Cari ilin avqust ayında ümumtəhsil məktəbi binasının və 2021-ci ilin sonunadək 11 yaşayış binasının istismara verilməsi nəzərdə tutulub. Layihəyə əsasən yaşayış binaları doqquz və on iki mərtəbəli olacaqdır.

Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi və digər texniki avadanlıqlarla təchiz olunmuş vəziyyətdə təklif ediləcək. Kompleksin ərazisində yaşıllıq zonaları, uşaq meydançaları yaradılacaq.

Qeyd edək ki, bu kompleksin tikintisi demoqrafiq inkişafa uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin həllində mühüm əhəmiyyət kəsb edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: