Prezident İlham Əliyev iyunun 25-də Elman Səmədova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilsin".