Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyunun 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” hərbi rütbəsi

general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

polkovnik Ramil Əlimran oğlu Əsgərova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: