Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyunun 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçular da var.

Prezidentin Sərəncamı ilə general-leytenant Kərəm Nəriman oğlu Mustafayev “general-polkovnik” hərbi rütbəsi ilə, general-mayor Ağalarov Fazil Köçəri oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, general-mayor  Əlibəyov Elxan Əlibəy oğlu və polkovnik  Seyidov İlham İsrayıl oğlu “Vətən uğrunda” medalı ilə, mayor Hümbətov Ramal Səlim oğlu və kapitan  Təhməzov Ceyhun Mirzəbaba oğlu isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: