Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərin bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib.

Dövlətimizin başçısına və birinci xanıma bu qapıların və ona bitişik olan qala divarının bərpası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bu il görülən və gələn il icra olunacaq işlər, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "İstedArt" layihəsi barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxdılar, Bakı Xan Sarayı Kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Burada “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

Bildirilib ki, Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, aparılan konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini veriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: