Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin:
polis general-leytenantı ali xüsusi rütbəsi
polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova
polis general-mayoru ali xüsusi rütbəsi
polis polkovniki Teymur Kamil oğlu Hacıyevə
polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya".