Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da var.

Prezidentin Sərəncamı ilə polis polkovnik-leytenantı Hüseynəliyev Şərif Rövşən oğlu və polis polkovniki İbrahimov Ələşrəf İbrahim oğlu “Vətən uğrunda” medalı ilə, polis baş leytenantı İsmayılov Ayaz Muxtar oğlu isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: