Azərbaycan Prezidenti Yaponiyanın İmperatoruna başsağlığı verib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı məktubu göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısı Yaponiyanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident faciə ilə əlaqədar İmperatora, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: