Prezident İlham Əliyev Fransanın milli bayramı münasibətilə Prezident Emmanuel Makronu təbrik edib

A- A A+

Prezident İlham Əliyev Fransanın milli bayramı münasibətilə Prezident Emmanuel Makrona təbrik məktubu göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məktubda Azərbaycan və Fransa arasında qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğu bildirilir. Dövlətimizin başçısı əminliyini ifadə edir ki, siyasi, iqtisadi, mədəni, təhsil, müdafiə, yüksək texnologiyalar və digər sahələrdə ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da uğurla davam edəcək. Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və digər həmsədr ölkələrin qətiyyəti və ədalətli mövqeyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına tezliklə son qoyulacağına, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağına ümid bəsləyirik. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində ədalətli şəkildə həll olunacağına inanırıq.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Fransa xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm”, - deyə Prezident qeyd edir.

Prezident İlham Əliyev Prezident Emmanuel Makrona möhkəm cansağlığı, işlərində uğurlar, dost Fransa Respublikasına daim firavanlıq diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: