Prezident İlham Əliyev iyulun 20-də Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Fəxrəddin Əbülfət oğlu Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilsin".